Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 21:44
Fransanın dünyaca məşhur Luvr Muzeyinin keçmiş direktoru Jan-Lyuk Martinez "çirkli pulların yuyulması" və "mütəşəkkil fırıldaqçılığa şəriklik"də ittiham olunur. Yaxın Şərqdə tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olması ittihamı ilə saxlanılan Martinez prokurorluqda ifadə verib.
Fransada qalmaqallı xəbərləri üzə çıxarmaqla məşhur olan "le Canard enchaîné" qəzeti Martinezin Luvrun Əbu-Dabidəki filialı adından satın alınan əsərlərdə iddia edilən saxtakarlığa göz yummaqda günahlandırıldığını yazıb.
Müvafiq olaraq, Martinez milyonlarla avroya alınmış Misirin antik dövrünə aid beş əsər üçün saxta sənədlərin hazırlanmasına göz yummaqda ittiham olunur.
Qeyd edək ki, tarixi əsərlərin qaçaqmalçılığı ilə bağlı istintaqda adı çəkilən ölkələrin Misir, Liviya, Yəmən və Suriya olduğu bildirilir.