Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2022 15:16
İran ABŞ-a nota verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, notanı təqdim etmək üçün İsveçrənin İrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Nota ABŞ hökumətinin müraciəti əsasında Yunanıstanın sahillərində İran bayrağı altında üzən gəminin yükünün müsadirə olunmasına görə təqdim edilib.
İran tərəfi bildirib ki, bu addım beynəlxalq qanunların və dəniz hüququ normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulmasıdır.
İran məsələ ilə bağlı öz narahatlığını və kəskin etirazını bildirib və gəminin yükünün dərhal azad olunmasını tələb edib.