Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2022 16:22
"Tələbə universitetə kənardan qida gətirə bilməz. Əgər gətirərsə, töhmət alacaq". "Xəzər" Universitetinin bufetinə vurulan bu elan qısa müddət ərzində əksər sosial şəbəkələr və saytlarda paylaşılaraq, insanların müzakirə obyektinə çevrildi. Böyük əksəriyyət belə bir elan üçün müdiriyyəti qınayaraq, tələbəyə bu cür şərt qoyulmasını düzgün hesab etmədi. Əməkdaşlarımız sözügedən universitetə yollanıb,məsələyə rəhbərliklə birgə aydınlıq gətiriblər.
"Hörmətli tələbələr, kənardan yemək gətirmək qəti qadağandır. Əks halda siz töhmət alacaqsınız". Müdiriyyət adından verilən bu elan "Xəzər" Universitetinin bufetinə yapışdırılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan və əksər insanların qınağına səbəb olan elanın nə dərəcədə real olduğunu öyrənmək üçün yollandıq sözügedən universitetə.
Universitetin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli deyir ki, elan oraya yeməkxana müdiri tərəfindən asılıb. Və bu barədə rəhbərliyin heç bir məlumatı olmayıb.
Əlövsət Əliyev deyir ki, yeməkxana müdiri səlahiyyətlərini aşaraq, belə bir addım atıb.
Tələbələrin bəziləri elanın yığışdırılması barədə məlumatlı olsalar da, bir qismi xəbəri ilk bizdən eşitdi.
Əlövsət Əliyev onu da bildirdi ki, yeməkxana müdiri ilə bağlı cəza tədbiri görüləcək.