Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 08:50
Argentinada ölkə sakinlərindən birinin meymunçiçəyinə yoluxduğu faktı təsdiqlənib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"İlk ehtimal olunan xəstədən götürülən testin nəticəsi müsbət olub", - nazirlikdən bildirilib.
Pasiyent özünü yaxşı hiss edir və müalicə olunur. Onun birbaşa təmasda olduğu bütün insanlar həkim nəzarətindədir, lakin onlarda xəstəliyin heç bir əlaməti yoxdur.