Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor: ''Gedib dönməmək var'' - VİDEO

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor: ''Gedib dönməmək var'' - VİDEO

Tarix: 28 May 2022 15:25

Qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayev əməliyyatı üçün Türkiyəyə yola salınıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında müalicəsi üçün 50 min dollar yığılan aktyor Türkiyədə əməliyyat olunacaq.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında müsahibə verən Elvin hər kəsə ona yardım etdiyi üçün təşəkkür edib: 

"Artıq vaxt gəldi çatdı. Necə ki, yaxşı gedirik, yaxşı da davam edərik, inşallah. Xoşqədəm xanım və komandası ipimi daha da qalın etdi ki, o ip qırılmasın. Övladlarımla sağollaşanda çox təsirli anlar yaşadım. Bir söz var: Gedib də dönməmək... Mən hər şeyi gözə aldım".

Milli.Az


Etiketlər:  Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Gedib dönməmək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ