Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 18:05
Əməkdar artist Çingiz Əhmədov illər əvvəl Hindistandan aldığı təklifi açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktyor "Səhər mərkəzi" proqramında anasına görə hindlilərin böyük təklifindən imtina etməli olduğunu söyləyib:
"Məni Hindistana aparırdılar. Anama görə Hindistana gedə bilmədim. Telefilmin direktoru Nazim Abbas var idi, Hindistandan və digər yerlərdən rejissorlar dəvət etmişdi. Dəhlizdən keçəndə məni gördülər, dedilər, hindistanlıdır? Dedim, yox. Məni 5 illik müqavilə ilə ora aparmaq istəyirdilər. Anam eşitdi, gözünün yaşını tökdü. Eləcə getmədim".