Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2022 15:38
Ukraynanın Dövlət Sərhəd Xidməti ikinci dəfə sabiq prezident Petro Poroşenkonun ölkəni tərk etməsinə icazə verməyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ali radanın deputatı Viktoriya Sumar Tvitterdə yazıb.
"Bu dəfə QR kod oxundu, ezamiyyət həqiqi idi. NATO-nun parlament Assambleyası işinə başlamışdı. Lakin sərhədçilər bildirdilər ki, sənədlər qaydasında deyil" - deyə deputat qeyd edib.
Qeyd edək ki, mayın 27-də də Poroşenkonu Vilnüsdə keçiriləcək NATO-nun tədbirinə getməsinə Sərhəd xidməti icazə verməmişdi.