Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 04:32
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistan tərəfindən dünya bazarlarına karbohidrogen tədarükünün azalmasına baxmayaraq ABŞ-ın strateji neft ehtiyatlarından istifadə etməyə ehtiyac görmür.
Trend-in məlumatına görə, Ağ Evdə jurnalistlərlə press konfrans zamanı ABŞ-ın strateji neft ehtiyatlarından istifadə edilməsinin qərarına gəlib-gəlmədiyini Donald Trampdan soruşublar. "Düşünmürəm ki, strateji yanacağ ehtiyatlardan istifadə eləmək lazımdır. Ancaq strateji neft ehtiyatlarından istifadə etmək istəsək, onları asanlıqla aça bilərəm" ABŞ presidenti öz çıxışında bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin