Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Honkonqda tankerdə partlayış olub, ölən və yaralananlar var

Honkonqda tankerdə partlayış olub, ölən və yaralananlar var

Tarix: 29 May 2022 21:38

Honkonqdan 300 km şərqdə neft tankerinin göyərtəsində partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Panama bayrağı altında üzən "Chuang Yi" tankerində partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Gəminin heyət üzvləri arasında indoneziyalı və manamalı dənizçilər var.

Hadisə yerinə xilasetmə əməliyyatı üçün iki vertolyot göndərilib. Artıq tankerdə yanğının lokallaşdırıldığı bildirilir.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.

Milli.Az


Etiketlər:  Honkonqda tankerdə partlayış olub ölən yaralananlar var


RƏYLƏR