Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda polis Taksim meydanını mühasirəyə alıb

İstanbulda polis Taksim meydanını mühasirəyə alıb

Tarix: 1 May 2019 09:56

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul polisi 1 may mitinqlərinin keçiriləcəyi gözlənilən Taksim meydanını mühasirəyə alıb.

Trend-in məlumatına görə, hazırda meydan istiqamətində avtomobil yolları da bağlanıb.

Qeyd edək ki, Türkiyə hökuməti İstanbulun Bakırköy və Maltəpə rayonlarında 1 may mitinqlərinin keçirilməsinə rəsmi razılıq verib.

Taksim meydanında isə 2010-cu ildə 1 may mitinqlərinin keçirilməsinə icazə verilsə də, 2013-cü ildə yenidən qadağa tətbiq olunmuşdu.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İstanbulda polis Taksim meydanını mühasirəyə alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ