Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 09:00
Bir neçə ölkə qıtlığı aradan qaldırmaq üçün Hindistandan 1,5 milyon tondan çox buğda istəyib.
Bu barədə hökumətdəki mənbələrə istinadən "The Economic Times" xəbər yayıb.
"Altıdan çox ölkə Hindistandan 1,5 milyon tondan çox buğda istəyib və biz bu tələbləri necə yerinə yetirəcəyimizi araşdırırıq. Hindistan həssas ölkələrə və buğdaya ehtiyacı olan hər kəsə kömək etmək niyyətindədir", - mənbə nəşrə bildirib.
Bu məlumata görə, buğdaya ən çox tələbat Hindistan taxılının daimi alıcısı olan Banqladeşdən gəlib.
Qeyd edək ki, Hindistan qida təhlükəsizliyinə təhdid kimi gördüyü buğda ixracını qadağan edib.