Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 13:38
Bakıda ana yeni doğduğu körpəsini zibil qutusuna atıb.
Sonxeber.net Lent.az-a istinadən bildirir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Məlumata əsasən, 38 həftəlik hamilə olan Ş.H. binalardan birinin ayaqyolunda normal doğuşla qız övladı dünyaya gətirib. Lakin o, həmin uşağı ayaqyolunun zibil qutusuna atıb.
Hadisə ilə əlaqədar Ş.H. saxlanılıb. O, hazırda Bakı İstintaq Təcridxanasındadır.
Ş.H.-nin törətdiyi cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin hazırlıq prosesi iyunun 8-də baş tutacaq.