Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın dövlət başçısı Prezident İlham Əliyevə məktub göndərib

İranın dövlət başçısı Prezident İlham Əliyevə məktub göndərib

Tarix: 31 May 2022 16:33

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

İran və Azərbaycan xalqlarının ortaq dini və tarixi, eləcə də xalqlarımız arasında mövcud olan qırılmaz tellər hazırkı yeni dövrdə iki ölkə arasındakı münasibətlər üçün dərin dayaq və möhkəm əsaslar yaratmışdır. Xalqlarımız arasındakı həmin tellərə söykənərək, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri İran İslam Respublikası hər zaman qarşılıqlı mənafeyimiz çərçivəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə genişləndirilməsinə səy göstərmişdir.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulduqdan sonra iki ölkənin əməkdaşlıq imkanları və sahələri daha da genişlənmişdir. Ümidvaram ki, iki ölkə xalqlarının qarşılıqlı mənafeyinə və istəyinə uyğun olaraq, hər iki tərəfin səyləri nəticəsində həmin imkanlardan istifadə ediləcəkdir.

Sonda İran İslam Respublikasının xarici siyasətində Azərbaycan Respublikasının önəmli yer tutduğunu vurğulayaraq, qardaş Azərbaycan Respublikası ilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində səy göstərdiyimi bildirirəm.

Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının bütün xalqına isə uğurlar və xoş günlər arzulayıram".

Milli.Az


Etiketlər:  İranın dövlət başçısı Prezident İlham Əliyevə məktub göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ