Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 19:46
Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni hökumətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi görmədiyini deməkdən imtina edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"Mən belə bir şeyi deyə bilmərəm, çünki danışıqlar prosesi gedir. Bu bəyanatla mən həm danışıqlardakı erməni tərəfini, həm də bütün danışıqlar prosesini fakt qarşısında qoymuş olaram", - Simonyan bildirib.
İyunun 3-də erməni müxalifəti parlamentin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. İrəvan müxalifəti bildirir ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməyəcək. Paşinyanın Mülki Müqavilə Partiyası artıq bu iclasda iştirak etməyəcəyini bəyan edib.