Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 01:50
Əməkdar artist Mətanət İsgəndərli qalmaqal yaşadığı keçmiş gəlini Canana ilə barışdıqdan sonra növbəti dəfə bir araya gəlib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, Canana instaqram hesabında sənətçi ilə fotosunu paylaşaraq bu sözləri yazıb:
"Bütün çətinliklərin son nəticəsi çox gözəl olur. Səbr edən hər zaman qazanar".
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana ötən ilin oktyabrında boşanıb. Məhkəmə üç uşağı ilk olaraq ataya vermiş, apellyasiya şikayətindən sonra uşaqlar anaya qaytarılmışdı. Canana ötən ay M.İsgəndərlidən üzr istədiyini və barışdıqlarını söyləmiş, sənətçi isə bu yaxınlarda onun sözlərini təsdiqləmişdi.