Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 01:03
Sarımsaq insan sağlamlığı üçün vacib olan ən faydalı qidalar arasında yer alır. Amma onu da istifadə etməyin bəzi incə məqamları var ki, diqqət edilsə, faydası ikiqat artar.
Dietoloq Şəbnəm Kandıralı Yıldırımın məsləhətlərini diqqətinizə çatdırırıq.
Qida zəhərlənmələrinin qarşısını alır
Elm adamları qida zəhərlənmələrində tez-tez yaşanan Campylobacter jejuni bakteriyasına qarşı antibiotiklər əvəzinə sarımsağın yüz qat daha təsirli olduğunu təyin edib.
Xərçəngin qarşısını alır
Araşdırmalar sarımsaq yeməyin döş xərçəngi riskini azaltmağa yardımçı olduğunu göstərib. Çində aparılan bir araşdırmada həftədə 2 dəfə çiy sarımsaq yeyənlərin xərçəngə tutulma riskinin yarı-yarıya azaldığı aşkarlanıb.
Bəs sarımsağı necə yemək lazımdır?
Sarımsağı əzilmiş və ya çiy olaraq yemək lazımdır. Əzildiyində hidrogen sulfid daha da aktivləşir ki, bu da qan təzyiqi səviyyəsinin normal qalmasını dəstəkləyir. Bundan başqa ürək üzərində faydalı təsirləri var.
Sarımsağı bişirməyin
Dadını seviriksə, yeməklərə qatıb bişirməkdənsə çiy yemək daha məsləhətlidir. Çünki bişirmə prosesi hidrogen sulfidin yaranmasını əngəlləyir.
Pis qoxusu səbəbindən çiy yemək istəməyənlər isə, südlə birlikdə istifadə etsələr, qoxu problemindən qurtularlar.