Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yoldaşımla şəhərə çıxıram, bir az məndən danışandan sonra keçirlər İbrahimə...”

“Yoldaşımla şəhərə çıxıram, bir az məndən danışandan sonra keçirlər İbrahimə...”

Tarix: 2 Iyun 2022 12:50

"Vaxtilə oğlumun qolundakı tatularını o qədər də bəyənməmişdim. Gördüm ki, cavanların çoxunda var, səsimi çıxarmadım, vaz keçdim. Əsas xarici görkəm deyil, tərbiyədir. İbrahim də tərbiyəli övladdır".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktyor, əməkdar artist Çingiz Əhmədov deyib. O daha sonra əlavə edib.

"Hamı elə bilir ki, İbrahimi aktyorluq sənətinə mən gətirmişəm. Xeyr, heç bir şeyi ona mən öyrətməmişəm. Təbii ki, evdəki sənət mühitinin ona böyük təsiri olub. Hər şeyi özü edib, mən də razı qalmışam. İbrahim hər zaman dramatik janrda oynayır, buna da sevinirəm. İbrahimi istəyənlər çoxdur,  xalq artistlərindən tutmuş əməkdar artistlərə qədər hamı İbrahimi sevir. Mən bundan da zövq alıram. Yoldaşımla şəhərə çıxıram, bir az məndən danışandan sonra keçirlər İbrahimə (gülür). Deyirlər ki, ancaq İbrahimə baxırıq. Sağ olsun dostum, rejissor Rövşən İsax. İbrahimin bu gün qazandığı uğurlar Rövşən İsaxın sayəsində olub. Onun serialları İbrahimə çox böyük uğurlar gətirib" deyə Çingiz Əhmədov deyib.

O daha sonra aktrisa gəlini Aydandan danışıb.

"Sağ tərəfim İbrahimdir, sol tərəfim Aydan. Bu həqiqətən də belədir. Mən hər ikisindən razıyam. Əsas odur ki, bir-birlərini başa düşsünlər, necə ki, başa düşürlər. Mənə lazım deyil ki, evə gələn kimi qabağıma yemək, çay qoysunlar. Təbii ki, evə gələn kimi Aydan tez süfrəni hazırlayır, nə istədiyimi soruşur. Amma əsas özləridir də. Mən onlara kənardan baxıb zövq alıram" deyə aktyor bildirib.


Etiketlər:  Yoldaşımla şəhərə çıxıram məndən danışandan sonra keçirlər İbrahimə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ