Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 21:14
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Hadisə "Təyyarə meydanı" adlanan yaşayış ərazisində qeydə alınıb.
İlkin məlumata görə, ərazidə kanalizasiya sistemində çalışan fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərlənib.
"JEK"in müdir müavini Allahyar Əsgərov işçini xilas etmək üçün quyuya enib. Lakin o, quyuda yaranmış qazdan boğularaq ölüb.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.