Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2022 17:34
Hazırda ABŞ-da yaşayan erməni heykəltəraş Onik Kardaş TRT Haber telekanalına müsahibəsində vaxtilə Birinci Qarabağ mühüribəsində erməni vəhşiliklərini əks etdirən dəhşətli faktlar açıqlayıb. Erməninin dilə erməni vəhşilikləri, faşistlərin belə etməyə cürət etmədikləri cinayətləri xatırlayıb.
Onun sözlərinə görə, Naxçıvanda iki azərbaycanlının ermənilər tərəfindən qətlə yetirməsi ilə müharibə başladfı. Amma ermənilər nədənsə bu qətli "unudublar". "Müharibənin başladığı yer budur. Məni təəccübləndirən siyasi məqamlar var. Zori Balayanın başçılıq etdiyi nümayəndə heyəti ruslarla danışıqlar aparmaq üçün İrəvana gedir və onlara deyir ki, "Qarabağda bizə kömək edin, biz də çeçenlərə və ya başqa müsəlmanlara qarşı müharibədə sizə kömək edək". Təbii ki, ermənilərin özləri Azərbaycanı məğlub edə bilməzdilər. Silahlar və təyyarələr ruslardan idi".
Kardaşın sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər işğal altında olan Şuşada vəhşiliklər törədiblər. "Sürücüm Şuşa şəhərindən idi, bir dəfə mənə 80 azərbaycanlının başını daşa vuraraq necə öldürdüyünü dedi. Sonra soruşdum: bunu necə etdin? Sürücü cavab verdi ki, yalnız birinci dəfə çətindir, çünki insan dərhal ölmür. Ancaq bunu etdikdən sonra, bir zərbə ilə onu öldürə bilərsiniz. Masada oturub kabab yediyimizi xatırlayıram. Bir oğlan atasından xahiş etdi ki, azərbaycanlıların başını necə kəsdiyini danışsın. Süfrədə əyləşənlər eyni vaxtda yemək yeyir, dinləyirdilər. Bu millət belə hekayələr üzərində böyüyür", - Kardaş xatirələrini bölüşüb.
Erməni heykəltəraş ermənilərin ölən azərbaycanlıların cəsədlərini ələ saldıqlarını da qeyd edib: qəbirlərdə deşiklər açıb, kəlləni çıxarıb, qızıl dişləri çıxarıblar. "Kəllənin özü atılıb. Qəbiristanlıqdan keçəndə qəbirlərdən qazılmış kəllələrin necə ayaqlarınızın altında yatdığını görürsən. Şuşanın mərmərdən olan pilləkənləri var. Bu plitələri qaldırsalar, azərbaycanlılar görərlər ki, qohumlarının məzar daşlarıdır. Mən orada idim və hər şeyi öz gözlərimlə gördüm", - Kardaş bildirib.
Kamran Seyidov