Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Təcrübəli futbolçular belə səhv etməməlidirlər" - De Byazi

Tarix: 4 Iyun 2022 08:02

"İlk hissədə çoxlu imkanlarımız oldu. Təəssüf ki, yaratdığımız 4-5 qol imkanından istifadə edə bilmədik. Hətta deyərdim ki, mən baş məşqçi təyin olunduğumdan gündən bəri ən yaxşı ilk hissəni oynadıq".

Bu sözləri millimizin baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssisin 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "İkinci hissədə 26 metrdən qol buraxdıq. İkinci qol isə böyük diqqətsizlikdən oldu. Hansıki təcrübəli futbolçular belə səhv etməməlidirlər. 2:0-dan sonra oyunda dönüş yaratmaq çox çətin idi. Təəssüf ki, oyunumuz uğursuz nəticələndi. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə etməlisən, etməsən nəticədə məğlub olacaqsan. Adətən uduzanda səhv məşqçidə olur".

De Byazi heyət seçimi ilə bağlı isə bunları deyib: "Adətən uduzanda səhv məşqçinin olur. Bu gün ilk 11-lik oyuna çox yaxşı başladı. Təəssüf ki, hücumları məntiqi sonluqla yekunlaşdırmağı bacarmadıq. Öz imkanlarından yararlana bilmirsənsə, bu, sonradan sənə problem yaradır. Qələbə qazanmaq istəyirsənsə, ələ düşən imkanları dəyərləndirməlisən. Həmçinin şans amili də öz rolunu oynadı. Heç nədən kuryoz qol buraxdıq və bu, komandanı meydanda əsəbləşdirdi. Çox keçmədən də ikinci topu buraxdıq".

Milli.Az


Etiketlər:  Təcrübəli futbolçular belə səhv etməməlidirlər De Byazi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ