Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lyubov Uspenskaya 5 il müddətinə həbs oluna bilər

Lyubov Uspenskaya 5 il müddətinə həbs oluna bilər

Tarix: 5 Iyun 2022 13:50

Qonşusunun itinə hücum etməkdə ittiham olunan rusiyalı müğənni Lyubov Uspenskaya 5 müddətinə azadlıqdan məhrum edilə bilər.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Beşinci kanal" məlumat yayıb.

Nəşrin məlumatına görə, yaralı itin sahibi Yuliya vəkil Aleksandr Dobrovinskiyə müraciət edərək, Uspenskaya ilə məsələni sülh yolu ilə həll etməyə çalışıb. O, ifaçının zərbələri səbəbindən gözü yaralanan iti üçün təzminat tələb edib. Lakin müğənni bunu qəbul etməyib.

Vəkilin sözlərinə görə, hazırki vəziyyətdə Uspenskayanı 3 ildən 5 il müddətinə qədər həbs oluna bilər.

Qeyd edək ki, hadisə mayın 30-da müğənni qızı ilə gəzintidə olarkən baş verib. Uspenskaya buldoqu həyati təhlükə hiss etdiyi üçün vurduğunu bildirib.


Etiketlər:  Lyubov Uspenskaya müddətinə həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ