Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Tarixi tibb qanununun müasir təcəssümü – Kanon Apteklər Şəbəkəsi.” (VİDEO)

“Tarixi tibb qanununun müasir təcəssümü – Kanon Apteklər Şəbəkəsi.” (VİDEO)

Tarix: 18 Sentyabr 2019 17:00

Bakı. Trend:

Şəhərimizdə artıq 14 ildir ki, fəaliyyət göstərən Kanon apteklər şəbəkəsi özünün yeni rebrendinqini əhaliyə təqdim etməkdədir. Rebrendinq sayəsində apteklər şəbəkəsinin fəaliyyət istiqaməti dahada genişlənmiş və keyfiyyəti dahada artmışdır. Keyfiyyəti və xidməti ilə yanaşı Kanon adı və logosu da insanlar arasında maraq yaratmışdırş

Bəs Kanon nə deməkdir?
“Kanon” sözü - Şərqin böyük tibb alimi Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” (“Tibb qanunları”) əsərinə istinad edən və müasir dövr üçün formalaşmış, tibbə əsaslanan sözdür. Kanon – yəni qanun, doğru, həqiqi, tibbi əsaslı və sağlamlığa aparan.

Loqonun mənası.
Kanon apteklər şəbəkəsinin loqosu, həmçinin öz əsasını və mənasını 4 hissədən ibarət olan, Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” (“Tibb qanunları”) əsərindən alır.
Kanon apteklər şəbəkəsinin loqosu özündə bir neçə mənanı daşıyır:

- loqo ilk baxışdan çiçəyi xatırladır. Həm də açılmaqda olan, inkişafda olan çiçəyi.
- Diqqətlə loqoya baxsaq, əslində simovlun yan-yana qoyulmuş 4 açıq kitabdan ibarət olduğunu görərik. Bu, “Tibb Qanunu” kitabının, dörd hissədən odluğunu və 4 tərəfdən sağlam tibbi qanunlarla əhatə edildiyini simvollaşdırılmasıdır.
- loqotip həm də təbiətin 4 ünsürünü (su, od, hava, torpaq) özündə ehtiva edir.
- simvola tam olaraq baxdıqda onun tibbdəki “+” işarəsini də xatırlatdığını görürük.
- simvolun adət olunandan fərqli olaraq solda deyil, sağda qoyulması, aptek sözünün adət olunandan fərqli olaraq üstdə yazılması loqonu daha diqqətçəkən və yaddaqalan edir.

Respublikanın bütün regionlarında fəaliyyət göstərən Kanon Apteklər şəbəkəsi daim xalqımızın sağlamlığının qorunmasında öz töhvəsini verməkdədir. Həmçinin daha üstün xidməti təqdim etmək məqsədilə Kanon Apteklər şəbəkəsi öz online sifariş və ödənişsiz çatdırılma xidmətini təqdim etməkdədir. Bunun üçün *7700 nömrəsinə zəng etmək və +994 55 3557700 nömrəsinin whatsapp xidmətinə yazmaq kifayətdir. Tezliklə geniş çeşidə malik web və mobil platforma xidməti də fəaliyyətə başlayacaqdır.

Kanon Aptek – Dəstək Güvən Şəfqət !!!


Etiketlər:  Tarixi tibb qanununun müasir təcəssümü Kanon Apteklər Şəbəkəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ