Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənninin obrazını təkrarlayanlar cəzalandırılacaq

Məşhur müğənninin obrazını təkrarlayanlar cəzalandırılacaq

Tarix: 6 Iyun 2022 14:55

"Authentic Brands Group" (ABG) şirkəti mərhum ulduz Elvis Preslinin obrazını toylarda istifadə etməyə qadağa qoyub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu qərar Las-Veqasda kilsədə olan bir toydan sonra verilib. 

ABG 2013-cü ildə "Core Media Group"dan Elvis Preslinin "Enterprises" şirkətinin səhmlərinin əksəriyyətini almaqla musiqiçinin adının və bənzərinin hüquqlarını əldə edib. Şirkət indi reklamda, məhsul və xidmətlərdə, evlilik mərasimlərində Preslinin adının, səsinin və şəxsiyyətinin digər elementlərinin sui-istifadəsini qadağan etmək niyyətindədir.

CNN-in məlumatına görə, artıq bəzi Las-Veqas kilsələrinə məktublar göndərilib ki, toylarda "Rok-n-Roll kralı" təsvirindən istifadəni dayandırsınlar, çünki bu, müəllif hüquqlarının pozulması sayıla bilər.

Xəbər ictimaiyyətə yayıldıqdan sonra ABG rəsmi açıqlama yayaraq, yalnız bu cür fəaliyyətə sanksiya verilməsini istədiklərini açıqlayıb.

"Biz onun irsinin qorunmasına cavabdehik. Beləliklə, biz Elvis adından və bənzərindən istifadə edən bütün məhsullar, xidmətlər və reklamların "Elvis Presley Enterprises" tərəfindən rəsmi lisenziyasına malik olmasını təmin etməliyik. Biz Las-Veqasda Elvis ilə xidmətlər təklif edən kilsələri bağlamaq istəmirik. Biz bu kiçik bizneslərin hər biri ilə tərəfdaşlıq etməyə sadiqik" deyə, açıqlamada qeyd olunub.

Las-Veqas toy marketinq kampaniyasına rəhbərlik edən şirkətin katibi Lin Qoyanın sözlərinə görə, bu yanaşma sənayenin bəzi hissələrini məhv edə və bir çox insanı dolanışıq vasitələrindən məhrum edə bilər. Katib qeyd edib ki, Veqasda keçirilən toylar ildə 2 milyard dollar gəlir gətirir və onların arasında mövzulu toylar ən populyarlardan biridir.

Elvis Preslinin adı bu yaxınlarda 75-ci Kann Film Festivalında premyerası olan "Baz Luhrmann Elvis biopic" filminə görə son vaxtlar manşetlərdə hallanır. Eminem, Måneskin və Stevie Nicks də daxil olmaqla bir çox məşhur musiqiçilər filmin saundtreki üzərində çalışıblar.

Milli.Az


Etiketlər:  Məşhur müğənninin obrazını təkrarlayanlar cəzalandırılacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ