Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ilk addımı atdı: rus neftindən imtina başladı

ABŞ ilk addımı atdı: rus neftindən imtina başladı

Tarix: 6 Iyun 2022 15:22

ABŞ iki Avropa şirkətinə Venesueladan Avropaya neft tədarükünə icazə verib. Qərar Rusiyanın enerji resurslarından asılılığı azaltmaq üçün qəbul edilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamenti təxminən bir ay əvvəl Venesuela neftinin Avropaya tədarükünü bərpa etmək üçün İtaliyanın "Eni" və İspaniyanın "Repsol" şirkətlərinə müraciət edib. İlk tədarüklər gələn ay mümkün olacaq.

Proqnozlara görə, "Eni" və "Repsol" böyük həcmdə tədarük təmin edə bilməyəcək, ona görə də neftin qiymətinə ciddi təsir olmayacaq. Eyni zamanda, Venesuela birbaşa gəlir əldə etməyəcək, çünki pul borcun ödənilməsinə gedəcək.


Etiketlər:  ABŞ addımı atdı neftindən imtina başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ