Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Novxanı istirahət mərkəzində iki nəfər bıçaqlanıb

Novxanı istirahət mərkəzində iki nəfər bıçaqlanıb

Tarix: 7 Iyun 2022 10:22

İyunun 6-ı saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki şəxsə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Sumqayıt şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı orada istirahətə gəlmiş Həmid Abulov və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Novxanı istirahət mərkəzində iki nəfər bıçaqlanıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ