Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 14:25
"Survivor All Star" yarışmasında iştirakçılar arasında qalmaqal yaşanıb.
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, yarışmanın əvvəlki illərdəki iki çempionu Atakan Arslanla Adəm Kılıçcı arasında münasibətlər gərginləşib.
Buna səbəb isə Adəmin əvvəlcə Hikmətə qarşı etdiyi hərəkətə, Atakanın oxşar hərəkətlə cavab verməsi olub.
Adəm və Atakan arasında mübahisənin əlbəyaxa davaya çevrilməsinə digər iştirakçılar mane olub. Onların müdaxiləsi ilə tərəflər sakitləşdirilib.
Adəm sonda digər komanda üzvlərinə çaqqal ifadəsini də işlədib.