Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya və İngiltərədən heç-heçə, Türkiyədən darmadağın

Almaniya və İngiltərədən heç-heçə, Türkiyədən darmadağın

Tarix: 8 Iyun 2022 07:12

UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci turun növbəti oyunları keçirilib.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, A, B və C Liqalarında ümumilikdə 6 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Almaniya İngiltərəni qəbul edib. Bundestim ilk matçda İtaliya seçməsi ilə heç-heçə edib, İngiltərə isə gözlənilmədən Macarıstana uduzub. Bu komandaların öz aralarındakı oyunda isə heç-heçə qeydə alınıb. Qrupun digər görüşündə Macarıstan İtaliyanın qonağı olub. Bu oyunda isə meydan sahibləri qalib gəliblər.

B Liqasının 3-cü qrupunda Finlandiya Monteneqro ilə oyundan qalib ayrılıbsa, Bosniya və Herseqovina da Rumıniyanı məğlub yola salıb.

Nəhayət, C Liqasının 1-ci qrupunda Türkiyə Litvanın, Lüksemburq Farer Adalarının qonağı olub. Bu oyunlarda da qonaqlar qələbə qazanan tərəf olub.

UEFA Millətlər Liqası
7 iyun

A Liqası, 3-cü qrup

Almaniya - İngiltərə 1:1
Qol: Hofmann, 50 - Keyn, 88-pen.

İtaliya - Macarıstan 2:1
Qol: Barella, 30. Pelleqrini, 45 - Mançini, 61-öz qapısına.

Xal durumu: İtaliya - 4, Macarıstan - 3, Almaniya - 2, İngiltərə - 1

B Liqası, 3-cü qrup

Finlandiya - Monteneqro 2:0
Qol: Pohyanpalo, 31; 38.

Bosniya və Herseqovina - Rumıniya 1:0
Qol: Prevlyak, 68.

Xal durumu: Bosniya və Herseqovina - 4, Finlandiya - 4, Monteneqro - 3, Rumıniya - 0

C Liqası, 1-ci qrup

Farer Adaları - Lüksemburq 0:1
Qol: Rodriqes, 74-pen.

Litva - Türkiyə 0:6
Qol: D.Sinik, 2; 14. S.Dursun, 56; 81. Y.Akgün, 89. H.Dərvişoğlu, 90+1.

Xal durumu: Türkiyə - 6, Lüksemburq - 6, Litva - 0, Farer adaları - 0


Etiketlər:  Almaniya İngiltərədən heç heçə Türkiyədən darmadağın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ