Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2022 13:38
"Cənubi Qafqazda "3+3" formatını, eləcə də Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik".
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Bu məsələlərdə dəstəyinə görə Rusiyaya minnətdarlığımı bildirirəm. Türkiyə hesab edir ki, xüsusilə Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması regionda sabitlik üçün vacibdir", - deyə Çavuşoğlu söyləyib.