Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Sumqayıt yolundakı tıxac problemi nə vaxt olunacaq? - VİDEO

Bakı-Sumqayıt yolundakı tıxac problemi nə vaxt olunacaq? - VİDEO

Tarix: 8 Iyun 2022 18:52

Səhər, axşam, hətta günorta saatlarında da Bakı-Sumqayıt yolunda tıxac səngimək bilmir. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Xırdalan dairəsinin və yolun bir hissəsinin genişləndirilməsindən sonra belə həllini tapmayan tıxaclar artıq sürücüləri təngə gətirib.

Nəqliyyat üzrə eskpert Ərşad Hüseynov deyir ki, yolların genişləndirilməsi tıxacı azaltmaq və ya aradan qaldırmaq üçün çarə deyil.

Ekspertin fikrincə, sözügedən ərazidə tıxacın qarşısını almağın tək yolu ictimai nəqliyyatı genişləndirməkdir.

Ərşad Hüseynov həmçinin bildirir ki, Bakı və Sumqayıta vahid bir aqlomerasiya kimi baxılsa bu kimi problemlər ortaya çıxmaz.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakı Sumqayıt yolundakı tıxac problemi vaxt olunacaq VİDEO


RƏYLƏR