Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynalı jurnalistin sualı Lavrovu özündən çıxardı

Ukraynalı jurnalistin sualı Lavrovu özündən çıxardı

Tarix: 8 Iyun 2022 21:36

Bu gün Türkiyədə danışıqların yekunlarına dair mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalı jurnalistin sualına sərt reaksiya verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, konfransın başa çatması elan edildikdən sonra Ukraynanın İctimai Televiziyasının jurnalisti sual vermək istədiyini deyib.

Jurnalistin bu istəyinə Lavrovun cavabı "Əlbəttə ki, verə bilərsiniz, biz Ukraynada deyilik, biz azad bir ölkədəyik, Türkiyədəyik" olub.

Daha sonra jurnalist Rusiya XİN rəhbərinə "Ukraynadan oğurlanmış taxıldan başqa, daha nə satmağı bacarmısınız" sualını ünvanlayıb.

Bu sual Lavrovu özündən çıxarıb.

O, "Başınız hər zaman nəyisə oğurlamaqla bağlı qarışır və düşünürsən ki, hamı bunu edir? Biz açıq elan edilmiş məqsədlərin həyata keçirilməsi ilə məşğuluq: Ukraynanın şərqini neonasist rejiminin təzyiqindən təmizləmək", - deyə cavab verib.

Milli.Az


Etiketlər:  Ukraynalı jurnalistin sualı Lavrovu özündən çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ