Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 00:32
Bakı. Trend:
Bu mənim ilk Dünya Çempionatımdır, yarışlarda çıxış etməkdən xoşum gəldi. Bunu Trend-ə 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının təsnifat mərhələsində çıxışından sonra Azərbaycan gimnastı Məryəm Səfərova deyib.
M.Səfərova bildilrib: "Çempionata hazırlaşmaq üçün yalnız bir ay müddətim olub. Mən digər Azərbaycan gimnastını əvəz etdiyim üçün yarışların iştirakçılarına gözlənilmədən qoşuldum. Psixoloji olaraq məşqlərdə çətin idi, lakin düşünürəm ki, ilk Dünya Çempionatımda çıxışımı bacardım. Tamaşaçılar çox yaxşı dəstək verdi".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin