Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 20:32
Müharibə başlayandan bəri Avropada 5 milyona yaxın ukraynalı qaçqın kimi qeydiyyata alınıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatında bildirilib.
BMT QAK-ın məlumatına görə, fevralın 24-dən bəri ümumilikdə 4 816 923 ukraynalı Avropanın 44 ölkəsində qaçqın kimi qeydiyyata alınıb.
Bildirilib ki, iyunun 7-nə kimi Ukraynadan 7,3 milyondan çox insanın sərhəd keçidi qeydə alınıb və onlardan 2,3 milyon nəfəri ölkəsinə qayıdıb.
18-60 yaş arası ukraynalı kişilərin hərbi xidmətə yararlı olması və xaricə gedə bilməməsi səbəbindən xarici ölkələrə gedənlərin 90%-ni qadınlar və uşaqlar təşkil edir.
BMT QAK bildirib ki, Ukraynadakı müharibə "dünyanın ən böyük məcburi köçkün böhranlarından biri"nə səbəb olub.