Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 08:54
Almaniya İnkişaf Bankı (KfW) qorunan ərazilərin inkişafı üçün Gürcüstana 24 milyon avro qrant verəcək.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bu, altı illik proqramdır və Gürcüstanda biomüxtəlifliyin mühafizəsinin Avropa və müasir standartlara daha da yaxınlaşdırılmasında yeni mərhələdir.
Vəsait, xüsusilə Gürcüstanın Acarıstan Muxtar Respublikasında qorunan ərazilərin abadlaşdırılması, genişləndirilməsi, o cümlədən meşə fondunun artırılmasına sərf olunacaq.