Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bir oyuna düşmüşəm” - Aynişanın keçmiş əri - VİDEO

“Bir oyuna düşmüşəm” - Aynişanın keçmiş əri - VİDEO

Tarix: 11 Iyun 2022 12:20

Bloger Aynişan Quliyevanın (Aynikhalid) keçmiş həyat yoldaşı Kənan Alıyev ayrılıqları ilə bağlı açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, bu barədə o, Nail Naiboğlunun "Qırmızı" verilişinə danışıb.

Əvvəlcə Aynişanla tanışlığından bəhs edən Kənan deyib ki, onu əvvəl qiyabi tanıyıb:

"İdman zalında yaxınlaşdım, səmimi cavab verdi. Mənim də onun səmimiyyəti və enerjisi xoşuma gəldi. Zaman keçdi, danışmağa başladıq. Bir də baxdıq ki, nişan tariximiz müəyyənləşib. Biz bir-birimizə sevgi etiraf etmədik. Çünki danışmadan bir-birimizi baxışla anlayırdıq. Hərəkətlərimiz onu gətirdi ki, o məni, mən də onu bəyənirəm".

Blogerlə ayrılıq səbəbi haqda sualı cavablandırmayan Kənan bildirib ki, şəxsi həyatından danışmaq istəmir:

"Məni tanıyanlar bilir ki, şəxsi həyatımla bağlı kiminsə yanında danışmamışam. Bəzən istəyərək, ya da istəmədən mənə bu sualı veriblər. Fikirləşmir ki, haqqım varmı bunu soruşmağa? Yəni bu barədə danışmamışam. Danışmağa da niyyətim yoxdur. Adı üstündə, şəxsi həyatımdır. Heç bir yerdə səsləndirmərəm, səsləndirməsinə də, icazə vermərəm. Çünki o mənim ailəm olub. Deyirlər, hər zaman da nəsə deyəcəklər. Olmayan şeylər uydurur, yeri gəlsə, yaxınlarını da şərləyirlər. Mənimlə bağlı danışılanlara cavab verməmişəm. Susmaq ən yaxşı cavabdır".

Kənan qeyd edib ki, Aynişanla xüsusiyyətləri bir-birinə çox bənzəyir:

"Bəzən elə bilirdim, eyni insanıq. Xüsusiyyətlər insanı bir yerə qədər aparır, xarakter isə fərqlidir. Bizə dedilər, biriniz od, digəriniz su olun. Biz də belə etdik, ocağımız söndü. Mənim ailəmin müdaxilə etmədiyi məsələ ilə bağlı tanımadıqlarım sual verir, cavab verməyə məcburam?".

Alıyev həm də evliliklərinin şou xarakterli olduğunu iddia edənlərdən bəhs edib:

"Məni tanıyan hər kəs bilir ki, evliliyimiz həqiqət idi. Eyni zamanda Aynişanı da tanıyanlar bilir ki, bu, saxta ola bilməz. Mən Aynişanla evli olanda, bir dəfə də deməmişəm ki, bunu etmə, ayıbdır, sənə yaraşmaz. O bilirdi, nə etmək lazımdır, nə etmək yox".

Kənanın sözlərinə görə, o heç zaman xanımına xəyanət etməyib:

"Xəyanət heç bir halda bağışlanmaz. Bir ara gündəm olmuşdu, mənim xəyanət etməyim və sairə. Amma şayələrə cavab vermirəm. Sizcə mən və xanımım yetəri qədər tanınmırmı? Kiməsə yazıb, görüşmə şansım varmı? İstəsəm, edə bilərəmmi? Heç kimə xəyanət etməmişəm. Bir oyuna düşmüşəm, yazmışam. Deyə bilməzlər ki, Kənan ailəli ola-ola hansısa qızla görüşüb. Aranı qatan, qızışdıran ortalıqda danışılan sözlərdir. Kim necə istəyir elə anlayır".

O, həmçinin ayrılıqlarına Aynişanın anası Əməkdar artist Aybəniz Haşımovanın səbəb olması ilə bağlı yayılan dedi-qodulara da münasibət bildirib:

"Biz elə insanlarıq ki, aramıza üçüncü şəxsin girməsi mümkün deyil. Aybəniz xanım da elə insan deyil. Böyükdür, qızıdır, tövsiyə verə bilər. Amma bunun bizi bir-birimizdən ayıran məsləhətlər ola biləcəyinə inanmıram. Kim istəyər ki, qızının ailəsi dağılsın?".

Milli.Az


Etiketlər:  Bir oyuna düşmüşəm Aynişanın keçmiş əri VİDEO


RƏYLƏR