Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 12:36
Vaşinqtonla Moskva arasında münasibətlər indi kritik həddə çatıb, ikitərəfli dialoq dalana dirənib.
Sonxeber.net TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
"Rusiya qarşılıqlı hörmət və bərabərliyə əsaslanan diplomatik əməkdaşlığa açıqdır, xüsusən indi, dünya bir çox problemlərlə üzləşdiyi və bütün dünya ictimaiyyətinin koordinasiyalı reaksiyasını tələb edən bir vaxtda", - o, Rusiya diplomatik missiyasında qarşıdan gələn Rusiya Günü münasibəti ilə keçirilən ziyafətdə deyib. Bu çağırışlar arasında diplomat terrorizm, kütləvi qırğın silahlarının yayılması, iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyinin adını çəkib.
İngilis dilində danışan Antonovun vurğuladığı kimi, "Rusiya Federasiyası beynəlxalq hüquqa ciddi əməl edən dünya birliyinin nüfuzlu və məsuliyyətli üzvüdür". "Xarici siyasət prioritetlərimiz aydındır: sərhəd təhlükəsizliyini qorumaq və daxili inkişaf üçün əlverişli şərait yaratmaq. Rusiya həmişə bərabər və bölünməz təhlükəsizlik sisteminin tərəfdarı olub", - diplomat bildirib.
Eyni zamanda, onun sözlərinə görə, hazırda Vaşinqtonla Moskva arasında münasibətlər kritik həddə çatıb. Diplomatın vurğuladığı kimi, "ABŞ-a görə ikitərəfli siyasi dialoq indi çıxılmaz vəziyyətə düşüb". "Üstəlik, düşmənçilik gündəlik həyatın bir hissəsinə çevrilib", - o qeyd edib.
Antonov əmin olduğunu bildirib ki, Rusiya və ABŞ arasında qarşılıqlı fəaliyyət "dünyada təhlükəsizliyin təmin edilməsi baxımından əsas rol oynamağa çağırılır". "Ölkələrimiz arasında dialoq bütün dünya birliyinin maraqlarına cavab verir", - o deyib.
Aslan Məmmədov