Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnternetdən avtomobil satmaq istəyənlərin diqqətinə: Sizi də bu üsulla aldada bilərlər - VİDEO

İnternetdən avtomobil satmaq istəyənlərin diqqətinə: Sizi də bu üsulla aldada bilərlər - VİDEO

Tarix: 11 Iyun 2022 15:52

Avtomobilini satışa çıxaran Xəqani Hüseynovu tanımadığı şəxs aldadıb. O, avtomobilini satmaq məqsədi ilə elan saytlarından birinə yerləşdirib. Bir müddət sonra avtomobili bəyənən şəxslərdən biri onu almaq məqsədilə Xəqani Hüseynovla görüşüb. Xəqani Hüseynov maşını satıb, amma pulunu almayıb. Təfərrüatları sujetdə izləyək.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilini satdı, lakin pulunu ala bilmədi.

Paytaxt sakini Xəqani Hüseynovu tanımadığı şəxs aldadıb və 9000 dollarını dələduzluq yolu ilə ələ keçirib. O, avtomobilini satmaq məqsədilə maşının fotolarını elan saytlarından birinə yerləşdirib. Bir müddət sonra avtomobili bəyənən şəxslərdən biri onunla əlaqə saxlayaraq avtomobilə baxmağa gəlib. Onlar razılaşdıqdan sonra sənədləşmə üçün notariat xidmətinə gediblər. Elə aldadılma faktı da bundan sonra olub.

Məsələnin digər maraqlı tərəfi isə ondadır ki, Xəqani Hüseynov hadisədən bir neçə gün sonra satdığı avtomobili yenidən elan saytında görüb. Özü də dəyərindən aşağı qiymətə.

Qarşılaşdığı hal ilə bağlı polisə müraciət edən Xəqani Hüseynova Binəqədi rayon polis idarəsindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb və araşdırma aparılır. Məsələdə ittiham olunan şəxs isə daxili işlər nazirliyinin əməkdaşları tərəfindən axtarışdadır.


Etiketlər:  İnternetdən avtomobil satmaq istəyənlərin diqqətinə Sizi üsulla aldada bilərlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ