Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 22:36
1- Ciddi allergik reaksiyalar meydana gətirə bilər: bu allergik reaksiyalar yalnız yüngül bir qaşıntı ya da dəri problemi şəklində ola bilər, amma bəzən vəziyyət daha ağır ola bilər.
2- Qaraciyər funksiyalarını poza bilər: qaraciyərin funksional analizləri adı verilən qan analizləri bu əks təsirləri yoxlaya bilir. Qaraciyərdə problemi olan insanlar antibiotiklərdən uzaq durmalıdır.
3- Böyrək çatışmazlığına səbəb ola bilər: böyrəklər üzərində toksik təsirlər yaradaraq orqan çatışmazlığına təkan verir. Kəskin böyrək çatmazlığının ən az beşdə biri istifadə edilən dərmanlar səbəbiylə inkişaf edir.
4- Antibiotik əlaqəli ishala yol aça bilər: adətən bağırsaqlarda 400-dən çox bakteriya növü var və bunlar xəstəlik yaratmır, əksinə fayda verirlər.
Antibiotiklərin istifadəsi bu normal floradakı bakteriyaların ölməsinə və beləliklə fürsətçi bakteriyaların törəmələrinə mühit hazırlayır və beləliklə ishal meydana gələ bilər.
5- Obeziteyə səbəb ola bilər: son illərdə aparılan araşdırmalar göstərir ki, xüsusilə körpəlik və uşaqlıq dövrlərində antibiotiklərin istifadəsi piylənməni gücləndirir.
6- Bağırsaq sisteminə ziyan verə bilər: ishaldan başqa, ürək bulanması, qusma, qarın ağrısı kimi, həzm sistemi problemləri yarana bilər.