Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2022 23:48
İyun ayında Ukraynaya qarşı müharibədə Rusiyanın itkiləri 40 min əsgəri keçə bilər.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində deyib.
Onun sözlərinə görə, Rusiya döyüşlərdə təcrübəsiz çağırışçılardan istifadə etməyi planlaşdırır.
"Rusiya ordusu Donbasa ehtiyat qüvvələr göndərməyə çalışır. Bəs onların indi hansı ehtiyatları ola bilər? Görünür, zəif təlim keçmiş çağırışçıları və gizli səfərbərlik zamanı toplananları döyüşə atmağa çalışacaqlar", - Ukrayna lideri bildirib.