Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2022 19:16
Şərqi Londondakı Bekton qəsəbəsinin 30 yaşlı sakini Alina Luka həkimlərin proqnozlarının əksinə olaraq həftədə iki dəfə hamilə qalıb.
Sonxeber.net bildirir ki, bu haqda "Daily Mail" xəbər verir.
Luka böyük bir ailə arzusunda idi, lakin hipotiroidizm (tiroid funksiyasının azalması) səbəbindən ikinci dəfə hamilə qala bilmədi. Həkimlər onun yenidən ana olmaq şansının cəmi beş faiz olduğunu qeyd ediblər. Bir neçə uğursuz cəhddən sonra o, əri ilə hər şeydən imtina edib ilk övladlarını böyütməyə diqqət yetirməyə qərar verdilər. Lakin ultrasəs müayinəsi zamanı həkimlər britaniyalı qadının bir həftə ara ilə doğulan əkizlərə hamilə olduğunu aşkar ediblər.
Martın 15-də Luka iki qız övladı dünyaya gətirdi və onlara Elli və Milli adını verdi. Qızlar demək olar ki, eyni boy və çəki ilə 35 həftəlik doğulublar.
İrfan Vəliyev