Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponlar düyüdən imtina edir

Yaponlar düyüdən imtina edir

Tarix: 14 Iyun 2022 08:38

Ukraynadakı vəziyyət Yaponiyanı düyüdən imtina etməyə məcbur edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, yapon fermerləri düyü istehsalını azaltmaq və daha çox buğda və soya yetişdirməyə başlamaq niyyətindədirlər. Bu, ölkə sakinlərinin həmişə üstünlük verdiyi məhsulun kəskin bahalaşması ilə bağlıdır.

"Qiymətlər artdıqca fermerlər buğda və soya istehsalına keçirlər", - məlumatda bildirilib.

Qeyd edək ki, hazırda Yaponiya daxili bazar üçün buğdanın 20 faizini, soyanın isə 10 faizini istehsal edir, qalan hissəni isə başqa ölkələrdən idxal edir.


Etiketlər:  Yaponlar düyüdən imtina edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ