Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ay səthinin indiyədək ən ətraflı xəritəsi hazırlandı

Ay səthinin indiyədək ən ətraflı xəritəsi hazırlandı

Tarix: 14 Iyun 2022 08:52

Çində 100-dən çox alimdən ibarət tədqiqat qrupu Ay səthinin indiyədək ən ətraflı xəritəsini hazırlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, illərlə davam edən araşdırma "Science Bulletin" jurnalında dərc olunub.

Belə ki, Ayın səthinin təsviri 30 kvadrata bölünüb. Hər bir parçanın ətraflı xəritələşdirilməsindən sonra parçalar bir yerə yığılıb.

Xəritədə 81 təsir hövzəsi, 17 qaya növü və 14 relyef forması ətraflı təsvir edilib. Xəritənin yaradılması zamanı əsas mənbə kimi Çinin Ayın Kəşfiyyat Proqramı missiyalarının məlumatlarından istifadə edilib.

Tədqiqatçılar xəritəni hazırlamaqda məlumatları toplamaq üçün on il sərf ediblər.

Milli.Az


Etiketlər:  səthinin indiyədək ətraflı xəritəsi hazırlandı


RƏYLƏR