Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amazon meşələrində itkin düşən britaniyalı jurnalist ölü tapıldı

Amazon meşələrində itkin düşən britaniyalı jurnalist  ölü tapıldı

Tarix: 14 Iyun 2022 09:08

Amazon tropik meşələrində itkin düşən britaniyalı jurnalist Dom Filips və onun bələdçisi Bruno Pereyra ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Braziliyanın Böyük Britaniyadakı səfiri jurnalistin ailəsinə Filipsin ağaca bağlı vəziyyətdə tapıldığını söyləsə də, dəqiq yeri açıqlamayıb.

Jurnalistin həyat yoldaşı təsdiqləyib ki, tapılan cəsədlər həqiqətən də onun ərinə və bələdçiyə məxsusdur.

Qeyd edək ki, bir müddət öncə axtarış qrupu suda Filipsin çəkmələrini və bel çantasını, həmçinin Pereyranın şalvarını, çəkmələrini və tibbi kartını tapıb.

Polis təsdiqləyib ki, əşyalar onların yoxa çıxdıqları Kavari ərazisində tapılıb.

Milli.Az


Etiketlər:  Amazon meşələrində itkin düşən britaniyalı jurnalist ölü tapıldı


RƏYLƏR