Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 08:22
ABŞ iyunun 15-də Brüsseldə Ukraynaya silah tədarükü ilə bağlı təmas qrupunun üçüncü iclasına ev sahibliyi edəcək.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit Brüsseldə keçirdiyi brifinqdə deyib.
"ABŞ NATO-nun Ukraynaya başqa hansı yardımı göstərə biləcəyini müzakirə etmək niyyətindədir. Bunun üçün ABŞ Ukraynaya silah tədarükü üzrə təmas qrupunun üçüncü iclasını keçirəcək. İclas 50-yə yaxın ölkəni əhatə edir", - Smit qeyd edib.
İclas NATO müdafiə nazirlərinin iyunun 15-16-da Brüsseldə keçirilməsi planlaşdırılan görüşündən əvvəl baş tutacaq.
ABŞ-ın Alyansdakı nümayəndəsi qeyd edib ki, NATO ölkələri Kiyevin əlavə silahların tədarükü ilə bağlı tələblərinə uyğunlaşmağa çalışır və bu tələblər daim dəyişir.