Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 08:48
ABŞ Maliyyə Nazirliyi "Rusiya imperator hərəkatı" təşkilatı ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu təşkilatla əlaqəsi olduğu bildirilən ukraynalı Stanislav Şevçuk və rusiyalı Aleksandr Jukovski də sanksiyalara məruz qalıb.
Bundan əlavə, İsveç vətəndaşı Anton Tulinə də sanksiya tətbiq edilib.
2020-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası bu qurumu terror təşkilatı kimi tanıyıb.