Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özünüzü xilas etmək istəyirsizsə, marketdəki çörəklərdən imtina edin - Tanınmış kardioloq

Özünüzü xilas etmək istəyirsizsə, marketdəki çörəklərdən imtina edin -  Tanınmış kardioloq

Tarix: 16 Iyun 2022 22:48

Amerikanın tanınmış kardioloqu Vilyam Devis dünyada " Buğda qarını" adlı betstellerə çevrilmiş kitabı ilə məşhurdur. O, əmindir ki, müasir insanların səhhəti ilə bağlı başlarına gələn bəlalar buğda və undan qaynaqlanır.

Doktor Devid uzun müddət ürək-damar xəstəliklərinin profilaktikası üçün effektiv metodlar axtarmışdı.

O aşkar edib ki, müasir buğda və un qanda şəkər və qlikemik indeksi artırır. Eləcə də buğdada olan qliadin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir.

"Bugünkü buğdada 5% qliadin var. Bu zülal dad reseptorlarını dəyişir, insanı çörəkdən asılı vəziyyətə gətirir".

Kardioloq bildirir ki, indiki buğdadan imtina etdikdə ayaqlarda şişkinlik azalır, artrit kimi oynaq xəstəlikləri olmur, mədə turşuluğu və reflüks azalır, əhval-ruhiyyə yaxşılaşır.

Həkim qaba toxum, qara çörək məsələsinə münasibət bildirirək deyib ki, fərqi yoxdur, onlar da buğdadan hazırlanıb. Elə bilin filtrli və ya filtrsiz siqaret.

Hazırda dünya iqtisadiyyatında dədə-babalarımızın becərdiyi natural buğdaya dönmək gözlənilmir. Əksinə bir neçə illərdən sonra genetic dəyişikliyə uğramış daha yeni buğda sortları çıxacaq.

Buğdanı "xroniki zəhər" adlandıran doktor hətta özü kulinar kitab hazırlayaraq, 150 növ buğdasız resept təqdim edib ki, insanlar buğdasız qidalanmağa alışsın.

O, "Buğda qarnı" kitabında isə xəstəliklərin kökünün qarından, yəni bağırsaqlardan qaynaqlandığını, bağırsaqların isə müasir buğda ilə zəhərləndiyini sübut edib.

Milli.Az


Etiketlər:  Özünüzü xilas etmək istəyirsizsə marketdəki çörəklərdən imtina edin Tanınmış kardioloq


RƏYLƏR