Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malların alış aktı hansı hallarda tərtib edilir?

Malların alış aktı hansı hallarda tərtib edilir?

Tarix: 17 Iyun 2022 22:22

Vergi Məcəlləsində 2022-ci il yanvarın 1-dən edilmiş dəyişikliklərə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda həmin mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

Vergiödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Milli.Az


Etiketlər:  Malların alış aktı hansı hallarda tərtib edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ