Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 07:56
ABŞ vətəndaşlarının yalnız 39 faizi Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənir.
Bu barədə "The Hill" nəşri xəbər verib.
"USA TODAY-Suffolk" sorğusuna görə, C.Baydenin amerikalılar arasında bəyənmə reytinqi 39 faizə düşüb, onlardan yalnız 16 faizi onun prezident kimi fəaliyyətini tam bəyəndiyini bildirib.
Eyni zamanda, 47 faiz onun fəaliyyətini qəti şəkildə bəyənmədi, bu da fevralda keçirilən analoji sorğudan 3 faiz çoxdur. Beləliklə, prezidentin reytinqi ardıcıl üçüncü həftə aşağı düşməyə davam edib.