Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qondarma DXR və LXR-i tanımırıq” - Qazaxıstan Prezidenti

“Qondarma DXR və LXR-i tanımırıq” -  Qazaxıstan Prezidenti

Tarix: 18 Iyun 2022 08:24

"Qazaxıstan qondarma "Donetsk və Luqansk Xalq Respublikaları"nı tanımayacaq".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Aşağıdakıları qeyd etmək istərdim: müasir beynəlxalq hüquq BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib. BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsiplər rəhbər tutulsa, dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox dövlət peyda olacaq.

Əlbəttə, bu, xaos yaradacaq. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovanı, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Görünür, bu prinsiplər kvazi-dövlət ərazilərinə də şamil olunacaq. Fikrimizcə, bu prinsiplər Luqansk və Donetskdir", - Tokayev əlavə edib.


Etiketlər:  Qondarma tanımırıq Qazaxıstan Prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ