Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 14:18
Bərdə rayonunda nənə xəstə nəvəsinin yetim olduğunu deyərək bazarda diləndirib.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, o, nəvəsinin Bərdədə klinikaların birində öldüyü ilə bağlı saxta informasiya verib:
"11 yaşlı uşaq sağ-salamatdır, ata və anasının yanındadır. Qadın uşağın ata-anasının rəhmətə getdiyini qeyd etsə də, sağdırlar. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi. Yəqin, azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş.
Özünü yazıq biri kimi təqdim edən qadın, sadəcə, dilənçiliyi, insanları aldadaraq pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində iki ev və maşınları da var".