Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan şok zərbə: çox sayda GENERAL MƏHV EDİLDİ

Rusiyadan şok zərbə: çox sayda GENERAL MƏHV EDİLDİ

Tarix: 19 Iyun 2022 19:24

Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində "Kalibr" qanadlı raketləri ilə Ukrayna ordusunun komanda məntəqəsini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox generalı və zabiti həlak olub.

"Son 24 saat ərzində "Kalibr" yüksək dəqiqlikli uzaqmənzilli dəniz raketləri Dnepropetrovsk vilayətinin Şirokaya Daça kəndi yaxınlığındakı Ukrayna qoşunlarının komanda məntəqəsini vurub", - Konaşenkov deyib.

Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, zərbə endirilən vaxt qoşunların əməliyyat-strateji qrupunun komanda heyəti tərəfindən işgüzar görüş keçirilib.

Milli.Az


Etiketlər:  Rusiyadan şok zərbə çox sayda GENERAL MƏHV EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ